Rusiyanın Rostov şəhərində həftəsonu planlaşdırılan kütləvi tədbirlər ləğv edilib.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vasili Qolubev teleqramda yazıb.
Məlumata görə, bundan əvvəl qubernator vətəndaşları şəhər mərkəzinə getməkdən çəkinməyə və evlərini tərk etməməyə çağırıb.
Qeyd edək ki, “Vaqner”in rəhbəri Yevgeni Priqojinin teleqramda bir neçə səs yazısı yerləşdirilib.
Onun sözlərinə görə, Rusiya hərbçiləri “Vaqner”in arxa düşərgələrinə raket zərbələri endirib, bir neçə nəfər ölüb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) silahlı üsyana çağırış faktı üzrə cinayət işi açıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinə Priqojin ətrafındakı vəziyyətlə bağlı məlumat verilib və lazımi tədbirlər görülür.
İqbal Rzayev,
KONKRET.az