“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdindəki “İdman” TV-nin direktoru Rövşən Binnətlinin öz vəzifəsindən azad olunması barədə xəbərlər dolaşır.
KONKRET.az AzTV-dəki mənbəyə istinadən xəbər verir ki, Rövşən Binnətli mayın 30-dan vəzifəsi ilə vidalaşacaq, onun yerinə isə Tural Xudiyevin gətiriləcəyi gözlənilir.
Xəbəri AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Seyidov və Rövşən Binnətli ilə dəqiqləşdirməyə çalışdıq.
Rüfət Seyidov KONKRET.az-a açıqlamasında bildirdi ki, bu barədə hər hansı məlumata malik deyil.
“İdman” TV-nin direktoru Rövşən Binnətli isə telefon zənglərinə cavab vermədi.
Qeyd edək ki, vaxtilə Pərviz Musayevi, Şəmsəddin Abbasovu, Tərlan Şahinoğlunu, Rəşad Rafiqoğlunu, Fərid Axundovu, o cümlədən AzTV-nin indiki sədri Rövşən Məmmədovu öz yetirməsi hesab edən Rövşən Binnətli “Lider” TV, “CBC-Sport” kimi telekanallarda idman şərhçisi, redaktor və digər mühüm vəzifələrdə çalışıb.
Xatirə SADİQ,
KONKRET.az