Roza Zərgərli yeriyə bilmir? – Özü danışdıbackend

Roza Zərgərli yeriyə bilmir? - Özü danışdı

Müğənni Roza Zərgərlinin yeriməsində çətinlik müşahidə olunub.

Bu barədə videogörüntü sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub. Kadrlarda sənətçinin gəzməkdə çətinlik çəkdiyi görünür. Lakin paylaşımda onun hansı səbəbdən axsaması qeyd olunmayıb.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a danışan Roza Zərgərli həmin görüntülərin ayyarım əvvəl çəkildiyini bildirib:

“O video yeni deyil. Təxminən ayyarım əvvəl, əməliyyatımdan iki gün sonra çəkilib. Hazırda, min şükür, hər şey qaydasındadır. Normal gəzirəm. “Dream Fest 2025″də də iştirakımı yəqin izləmisiniz. Narahat olmalı bir məsələ yoxdur, çox şükür”.

Qeyd edək ki, Roza Zərgərli ötən il koksartrozun dördüncü mərhələsi, yəni bud-çanaq oynağının ciddi zədələnməsi diaqnozu aldığını və bu səbəbdən yeriməkdə çətinlik çəkdiyini açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*