Rubio Lavrovla Ukraynada sülh planını müzakirə etdibackend

Rubio Lavrovla Ukraynada sülh planını müzakirə etdi

ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, amerikalı senator Marko Rubio Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüş keçirib. Görüşdə Ukraynadakı müharibənin diplomatik yolla həlli və ABŞ-ın təklif etdiyi sülh planı müzakirə olunub.

KONKRET.az xəbər verir ki, tərəflər arasında aparılan danışıqların detalları açıqlanmasa da, Dövlət Departamenti bu təmasların münaqişənin daha da dərinləşməsinin qarşısını almağa yönəldiyini bildirib.

Məlumatda o da qeyd olunub ki, bu cür dialoqlar Vaşinqtonun regionda stabilliyin təmin olunması üçün diplomatik yolları tükətmədən araşdırmağa davam etdiyini göstərir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*