Rubl bir az da bahalaşdıbackend

Rubl bir az da bahalaşdı

Rusiya rublu dollar və avro qarşısında bahalaşıb.

KONKRET.az Moskva birjasına istinadən xəbər verir ki, valyuta ticarəti zamanı dolların məzənnəsi 90 rubldan, avro isə 98 rubldan aşağı düşüb.

Moskva birjasının Moskva vaxtı ilə saat 17:36-a olan məlumatına görə, dolların məzənnəsi 89,85 rubl səviyyəsində olub.

Qeyd edək ki, sonuncu dəfə 1 martda dollar 90 rubldan aşağı düşüb.

Ticarət platformasının Moskva vaxtı ilə saat 18:19-a olan məlumatına görə, dolların məzənnəsi 89,5 rubl səviyyəsində olub.

Xatırladaq ki, Ukraynaya qarşı müharibənin başlamasına bir gün qalmış 1 ABŞ dolları 80 rubla bərabər olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*