Rüfət Axundovun maşını cərimə meydançasına aparıldıbackend

Rüfət Axundovun maşını cərimə meydançasına aparıldı

Bu gün Mərdəkan istiqamətində hərəkətdə olan müğənni Rüfət Axundov sözügedən yolda maksimal sürət həddi 90 olduğu halda, avtomobili 127  km/saatla sürüb. Müğənni bunu əks etdirən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

KONKRET.az xəbər verir ki, Bakı şəhər DYPİ-dən Qafqazinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, R.Axundovun idarə etdiyi avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılıb və müvəqqəti mühafizə olun duracağa yerləşdirilib.

Qeyd olunub ki, toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim ediləcək.

Sözügedən görüntüləri təqdim edirik:

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*