Rumıniya Xarici İşlər Nazirliyi Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
KONKRET.az xəbər verir ki, bu barədə XİN-in X sosial şəbəkəsindəki paylaşımında bildirilib.
“Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirdi. Düşüncələrimiz və dualarımız zərərçəkənlər və onların ailələrinin yanındadır”, – paylaşımda qeyd olunub.