Rus dili bilməyən miqrant uşaqlarına  Rusiyada məktəblərə qəbul qadağan edildibackend

Rus dili bilməyən miqrant uşaqlarına Rusiyada məktəblərə qəbul qadağan edildi

Rusiya prezidenti Vladimir Putin rus dilini bilməyən miqrant uşaqların məktəblərə qəbulunu qadağan edən qanunu imzalayıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, məktəblərə yazılmazdan əvvəl uşaqlar dil biliyi üçün xüsusi imtahandan keçməlidirlər. İmtahanlar ödənişsizdir.Test və qiymətləndirmə meyarları Rosobrnadzor tərəfindən hazırlanacaq. Baş nazirin müavini Dmitri Çernışenko bildirib ki, miqrant uşaqların rus dilini bilməsi üzrə testlərin 2025-ci il aprelin 1-dən başlanması planlaşdırılır. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin sözlərinə görə, Rusiya məktəblərində 200 mindən çox xarici vətəndaşın övladı təhsil alır və onların 40%-dən çoxunun rus dilini bilmə səviyyəsi təhsil proqramlarını mənimsəmək üçün kifayət deyil.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*