İctimai yerlərdə rus dilində musiqidən istifadəyə görə cərimələrin tətbiqini təklif edən qanun layihəsi Ukrayna Ali Radasına təqdim edilib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, sənəd parlamentin saytında dərc olunub.
Qeyd olunub ki, musiqili fonoqramların, videoqramların, kliplərin, onların elementlərinin və digər əsərlərin ictimai istifadəsinə görə cərimə tətbiq ediləcək.
Cərimələr vətəndaşların vergi tutulmayan minimum gəlirlərinin 300-dən 500-ə qədər, təkrar qayda pozuntusuna yol verildikdə isə 1000-dən 1500-ə qədər təşkil edəcək.
Xatırladaq ki, 2022-ci il iyunun 19-da Ali Rada “təcavüzkar dövlətin musiqi məhsulunun ictimai istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsini qəbul edib. Sənədə əsasən, Ukrayna mediasında və ictimai yerlərdə rusiyalı sənətçilərin musiqisindən istifadə etmək qadağandır.
İqbal Rzayev,
KONKRET.az