NATO bu il doqquzuncu dəfə Rusiya hərbi təyyarələrini havada qarşılayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Bild nəşrinə danışan mənbələr məlumat verib. Sonuncu hadisə isə Almaniya Hərbi Hava Qüvvələrinin təcili vəziyyət siqnalı ilə havaya qalxmasına səbəb olub.
Məlumata görə, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus İL-20M tipli kəşfiyyat təyyarəsi uçuş planı və tanınma siqnalı olmadan Polşa və Almaniya arasında yerləşən beynəlxalq hava məkanına doğru hərəkət edib. Təhlükəsizlik məqsədilə iki alman “Eurofighter” qırıcısı dərhal havaya qaldırılıb və Rusiya təyyarəsi Baltik dənizi üzərində qarşılanıb.
Qeyd edək ki, bu il bu cür insidentlər artıq doqquzuncu dəfə baş verir və NATO ölkələrinin hava məkanına yaxınlaşan tanınmamış rus hərbi təyyarələrinə qarşı mütəmadi tədbirlər görülür.
Natiq Səlim,
KONKRET.az