Rusiya qoşunları Donetsk vilayətinin cənubunda, Dnepropetrovsk ilə sərhədə yaxın, Şevçenkodan Yaltaya qədər eyni anda altı ərazidə irəliləyib.
KONKRET.az bildirir ki, DeepState analitik layihəsi bu barədə xəritə dərc edib.
Ukrayna ordusu rusların bölgəyə sıçrayışını inkar edir: “Rayonun inzibati sərhəddinə yaxın yerləşən kəndlərdə çox aktiv döyüşlər gedir. Eyni anda Yalta, Komar, Şevçenkovedə döyüşlər şiddətlənib, lakin əsgərlər orada xətti saxlayırlar”, – “Xortitsa” qrupunun nümayəndəsi Viktor Trequbov deyib.
Pokrovsk istiqamətində yerləşən Milli Qvardiyanın “Spartalı” 3-cü briqadasının mətbuat xidmətinin əməkdaşı da rusların sıçrayışını təkzib edib.
Müşviq Tofiqoğlu
KONKRET.az