Rus ordusu Donetsk vilayətini qəsdən məhv etməklə, yaşayış infrastrukturunu atəşə tutmaqda davam edir.
KONKRET.az xəbər verir ki, bunu Donetsk Regional Hərbi Dairəsinin rəhbəri Pavel Kirilenko deyib.
O qeyd edib ki, Donetskin Kuraxovo məntəqəsinə hücum nəticəsində 5 və 2 mərtəbəli binaya, həmçinin 3 fərdi evə ziyan dəyib. O, bir nəfərin də yaralandığını bildirib.