Polis Antalya-Moskva reysi ilə uçan sərnişini təyyarənin göyərtəsində asayişi pozduğuna və başqası ilə cinsi əlaqəyə girdiyinə görə saxlayıb.
KONKRET.az rus mediasına istinadən xəbər verir ki, sərxoş qadın uçuşun lap əvvəlindən mübahisə edib, elektron siqaret çəkib və stüardessanın gətirdiyi suyu yerə töküb. Bir az sakitləşdikdən sonra yan oturacaqdakı sərnişinlə qeyri-ənənəvi seks seansı təşkil edib.
Eniş etməzdən əvvəl isə qadın stüardessaların başlarına zibil torbalarını aşırıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az