“Rus ruleti” oynadı, bəxti gətirmədi – FOTOLARbackend

"Rus ruleti" oynadı, bəxti gətirmədi - FOTOLAR

Türkiyədə dostları ilə “rus ruleti” oynamaq gəncə baha başa gəlib.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Hatayın Samandağ rayonunda baş verib.

Məlumata görə, Ü.C. adlı gənc dostlarına “rus ruleti” oynamağı təklif edib. İlk atəşi özü edib və bəxti gətirməyən gənc özünü başından vurub.

Ağır yaralanan Ü.C xəstəxanaya çatdırılıb.

Əməliyyat edilən gəncin vaziyyəti stabildir. Polis hadisə ilə bağlı istintaqa başlayıb.

Vəsilə İbrahim

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*