Rus sülhməramlıları erməni qadınlara çiçək payladı – Laçın dəhlizindəbackend

Rus sülhməramlıları erməni qadınlara çiçək payladı – Laçın dəhlizində

Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd edilib ki, Laçın dəhlizi boyunca müşahidə məntəqələrində mülki nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək üçün tapşırıqları yerinə yetirən rus hərbçiləri Dağlıq Qarabağdakı erməni qadınlarına çiçək verib və onları qarşıdan gələn Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər.

Rusiya sülhməramlılarının 27 müşahidə məntəqəsində gecə-gündüz vəziyyəti izlədiyi bildirilib. Qeyd olunub ki, hazırda təmas xəttində atəşkəs rejiminə riayət olunur.

Rus sülhməramlılarının erməni ailələrinin Laçın dəhlizi vasitəsilə Qarabağa qayıdışını təmin etdiyi də diqqətə çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*