Rus sülhməramlılarından daha bir alçaqlıq – Ermənilər Kəlbəcərdə toy etdi – FOTObackend

Rus sülhməramlılarından daha bir alçaqlıq - Ermənilər Kəlbəcərdə toy etdi - FOTO

Bu gün Dadivank (Kəlbəcərin Xudavəng alban monastırı-red) monastırında yeni ailə qurmaq istəyən erməni cütlüyünün toy mərasimi keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə WarGonzo telegram kanalı məlumat yayıb.

Xəbərdə deyilir ki, “Mardakertdən İrina Qabrielyan və Stepanakertdən (Xankəndi) Aram Berdyan bu gün Dadivankda evlənib. Monastırı qoruduqlarına və müharibədən sonra bu müqəddəs məkanda onlara evlənmək şansı yaratdıqlarına görə cütlük sülhməramlılara təşəkkür edib”, – deyə Telegram kanalı yazır.

Qeyd edək ki, hazırda monastırın yerləşdiyi əraziyə Rusiya sülhməramlıları nəzarət edir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*