Rusiya 2 ay ərzində bu ölkəyə hücum edəcəkbackend

Rusiya 2 ay ərzində bu ölkəyə hücum edəcək

Böyük Britaniya mətbuatı Rusiyanın Milad öncəsi Polşaya məhdud hücum planlaşdırdığını iddia edib.

KONKRET.az Publika-ya istinadən xəbər verir ki, məlumat “yüksək rütbəli rusiyalı hərbçidən” “Ekspress”ə sızdırılıb və məsələ ilə bağlı Londonda və Vaşinqtonda təcili görüşlər keçirilib.

Kremlin məqsədinin NATO-nun reaksiyasını ölçmək və Avropada siyasi sabitliyi pozmaq olduğu bildirilir. Polşanın Baş naziri Donald Tusk da ölkəsinin İkinci Dünya müharibəsindən bəri ən ciddi təhlükə ilə üz-üzə qaldığını açıqlayıb.

Qeyd edək ki, son günlər Rusiya PUA-larının Polşa və Rumıniyanın hava məkanını pozması NATO-nu hərəkətə keçirib. Britaniya da “Tayfun” qırıcılarını Polşanın müdafiəsinə göndərib. Ekspertlər bu təhdidlərin yeni müdafiə strategiyası tələb etdiyini vurğulayırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*