Rusiya 6 ukraynalı uşağı valideynlərinə qaytarıb – İkisi qardaşdırbackend

Rusiya 6 ukraynalı uşağı valideynlərinə qaytarıb - İkisi qardaşdır

Rusiya 6 ukraynalı uşağı Ukraynaya qaytarıb.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, bu barədə Rusiyanın uşaq hüquqları üzrə ombudsmanı Mariya Lvova-Belova məlumat verib.

Onun sözlərinə görə, ukraynalı uşaqların təhvil verilməsi Qətər dövlətinin vasitəçiliyi ilə baş tutub. Uşaqların ailələri ilə görüşü də Qətərin Moskvadakı səfirliyində olub. Ailələrinə təhvil verilən qrupa 6 yaşdan 17 yaşadək altı oğlan daxildir, onlardan ikisi qardaşdır.

Qeyd edək ki, BMT-nin qətnamələrinə görə, Ukraynanın işğal olunmuş əraziləindən ukraynalı uşaqların deportasiyası hərbi cinayət hesab olunur.

Ukrayna tərəfi bildirir ki, deportasiya olunmuş ukraynalı uşaqlar Başqırdıstanda, Rusiyanın Kursk, Oryol və Lipetsk vilayətlərində müəssisələrdə saxlanılır. Onların arasında həm yetimlər, həm də valideynləri sağ olan uşağlar var. Uşaqlar məcburən övladlığa götürülməyə, ruslaşdırmaya və bütün şəxsi məlumatlarının dəyişdirilməsinə məruz qalırlar.

Rusiya ərazisinə deportasiya edilmiş uşaqların sayı və onların statusu ilə bağlı hesablamaların 738 minə çatdığı vurğulanır. Ukraynada 16 min uşağın deportasiyası faktı rəsmən təsdiqlənib.

Ukrayna və beynəlxalq ictimaiyyətin fikrincə, ukraynalı uşaqların Rusiyaya deportasiyası beynəlxalq hüquqa ziddir, Kreml isə hesab edir ki, bu, “uşaqları xilas etməkdir”.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*