Rusiya ABŞ hakimiyyətindən ələ keçirilən Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin dərhal azad edilməsini tələb edib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının iclasında bəyanatla çıxış edib.
Diplomat vurğulayıb ki, Vaşinqton müstəqil dövlətin qanuni seçilmiş liderini sərbəst buraxmalı və tərəflər arasındakı bütün fikir ayrılıqları yalnız danışıqlar yolu ilə həll olunmalıdır.
Qeyd edək ki, yanvarın 5-də Nikolas Maduronu daşıyan helikopter artıq mühakimə olunacağı Nyu-York Federal Məhkəməsinə çatıb. Amerika tərəfi onu narkotik karteli yaratmaqda və ağır cinayətlərdə ittiham edərək məhkəmə qarşısına çıxarmağa hazırlaşır.
