Rusiya ABŞ-la diplomatik əlaqələri kəsə bilərbackend

Rusiya ABŞ-la diplomatik əlaqələri kəsə bilər

“Moskva ABŞ-la diplomatik münasibətləri kəsmək istəmir”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Amma o, diplomatik münasibətlərin kəsilə biləcəyini də istisna etməyib: “Əgər Vaşinqton Moskva ilə əlaqələrə ehtiyac olmadığı qərarına gəlsə, o zaman bu, baş verə bilər”.

S.Ryabkov, həmçinin söyləyib ki, Rusiya və ABŞ-ın START-3 üzrə ikitərəfli məşvərət komissiyasının iclası noyabrın 29-dan dekabrın 6-dək Misirin paytaxtı Qahirə şəhərində keçiriləcək.

O, həmçinin tərəflər arasındakı münasibətlərdən də danışıb: “ABŞ-da Rusiyaya qarşı düşmənlik var. Vaşinqton Moskvanı strateji məğlubiyyətə uğratmaq istəyir”.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*