Rusiya Müdafiə Nazirliyi ölkənin yeganə təyyarədaşıyan gəmisi olan “Admiral Kuznetsov”un bərpasından rəsmən imtina edib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli nümayəndəsi, admiral Sergey Avakyants açıqlama verib.
Onun sözlərinə görə, gəminin istismarı və təmiri Rusiya Hərbi Dəniz Qüvvələri üçün həddən artıq baha başa gəlir və bu səbəbdən onun saxlanılması strateji və iqtisadi baxımdan məqsədəuyğun sayılmır.
Qeyd edək ki, “Admiral Kuznetsov” istismarı zamanı daim problemlərlə gündəmə gəlib. Xüsusilə qara tüstü buraxması ilə tanınan gəmi mazutla işləyir, bu isə onu texnoloji baxımdan köhnəlmiş və qeyri-effektiv edir.
Məlumat üçün bildirək ki, ABŞ-ın müasir təyyarədaşıyan gəmiləri nüvə enerjisi ilə işləyir və bu tip gəmilər 20-25 il ərzində nüvə yanacağı dəyişmədən fasiləsiz xidmət göstərə bilir. Bu da onların həm texniki, həm də strateji üstünlüyünü artırır.
“Admiral Kuznetsov”un taleyi ilə bağlı yekun qərarın yaxın günlərdə rəsmi şəkildə elan olunacağı gözlənilir.
Natiq Səlim,
KONKRET.az