Rusiya atəşə tutuldu – Onlarla ölən varbackend

Rusiya atəşə tutuldu - Onlarla ölən var

Rusiyanın Belqorod vilayətinə raket hücumu nəticəsində 14 nəfər ölüb, 108 nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ukrayna tərəfinin Belqorod vilayətinə raket həmlələri nəticəsində 14 nəfər, o cümlədən iki uşaq həlak olub, 108 nəfər, o cümlədən 15 uşaq xəsarət alıb.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qlatkov bildirib ki, raketlər yaşayış ərazisinə düşüb, 40 mülki obyektə ziyan dəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*