Rusiya atəşkəsə və liderlərin görüşünə razılaşmadı – Umerovbackend

Rusiya atəşkəsə və liderlərin görüşünə razılaşmadı – Umerov

İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarından sonra Ukrayna nümayəndə heyətinin rəhbəri, müdafiə naziri Rüstəm Umerov mətbuata açıqlama verib. Onun sözlərinə görə, Rusiya nə atəşkəs rejiminin elanına, nə də prezidentlər səviyyəsində görüşün keçirilməsinə razılıq verib.

KONKRET.az xəbər verir ki, Umerov bildirib ki, bu gün Rusiya tərəfi Ukrayna nümayəndə heyətinə öz “memorandum”unu təqdim edib. Hər iki tərəf təqdim olunan sənədləri öyrənmək və növbəti addımları müəyyənləşdirmək üçün bir həftəlik fasilə götürüb. Eyni zamanda, görüş zamanı mühüm humanitar məsələlərdə də müəyyən razılaşmalar əldə olunub. Belə ki, Rusiya və Ukrayna bütün ağır xəstə hərbi əsirlərin və 25 yaşadək olan şəxslərin mübadiləsinə dair razılığa gəlib. Ukrayna tərəfi isə Rusiyaya yüzlərlə ukraynalı uşağın siyahısını təqdim edib və onların geri qaytarılmasını tələb edib.

Umerovun sözlərinə görə, gələcəkdə Rusiya ilə keçiriləcək danışıqlar yalnız o halda mənalı olacaq ki, bu, prezidentlər səviyyəsində görüşə hazırlıq çərçivəsində baş tutsun. Ukrayna tərəfi iyunun 20-dən 30-na qədər yeni görüşün keçirilməsini təklif edib. Bundan əlavə, tərəflər hərbi qulluqçuların cəsədlərinin “6000-ə 6000” formulu ilə qarşılıqlı şəkildə mübadiləsi barədə razılıq əldə ediblər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*