Rusiya Azərbaycana qarşı münasibətlərin pozulmasında “üçüncü qüvvə”ni günahlandırırbackend

Rusiya Azərbaycana qarşı münasibətlərin pozulmasında "üçüncü qüvvə"ni günahlandırır

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin Moskva ilə Bakı arasında son gərginliklərə görə məsuliyyəti guya “postsovet məkanından kənarda yerləşən üçüncü tərəf”in daşıdığını bildirib.

KONKRET.az xəbər verir ki, Karasinin sözlərinə görə, bu “ssenari və dirijor” hazırda Ukrayna mövzusunun səngiməsi fonunda Qafqazda yeni qarşıdurmalar yaratmaq üçün münasib zaman seçib:

“Məqsəd – Ukrayna məsələsinin arxa plana keçməsilə paralel olaraq, regionda yeni və mənasız avantüraya zəmin yaratmaqdır.”

Rusiya rəsmisi əlavə edib ki, iki ölkə arasında “əsrlərlə davam edən mehriban qonşuluq münasibətləri”nə yenidən qayıtmaq mümkündür və bu emosional mərhələnin tezliklə başa çatacağına ümidlidir.

“İctimaiyyətə fakt və sübutlarla kimlərin təxribat törətdiyini izah etmək lazımdır,” – deyə Karasin qeyd edib.

Natiq Səlim, KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*