Rusiya Azərbaycanın 28 il əvvəlki bəyanatını pozdu – Xəzərdə nə baş verir?backend

Rusiya Azərbaycanın 28 il əvvəlki bəyanatını pozdu – Xəzərdə nə baş verir?

Rusiyanın Hərbi Dəniz Qüvvələri Sakit okean, Şimal Buzlu okean, eləcə də Aralıq, Xəzər və Baltik dənizlərində “Okean-2024” planlı strateji hərbi təlimlərinə başlayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. Təlimlərin əsas məqsədinin Hərbi Dəniz Qüvvələrinin yüksək dəqiqlikli silahlardan və digər silah nümunələrindən istifadə hazırlığını yoxlamaqdan ibarət olduğu deyilir.

Rusiyanın Xəzər dənizi də daxil olmaqla, beş istiqamətdə hərbi təlimlərə başlamasının əsas məqsədi nədir?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiyanın bu hərbi təlimi Qərbə qarşı əzələ nümayişidir:

“Beynəlxalq müstəvidə öz mövqeyini qorumağa çalışır. Ukrayna müharibəsi fonunda Rusiyanın 5 istiqamətdə hərbi təlim keçirməsi hərbi qüdrətinin inkişaf etdiyini, geri çəkilməyəcəyini göstərməkdir. Kurskda gedən müharibədə Qərb Ukraynaya ciddi dəstək verir. Rusiyanın zəiflədilməsinə çalışırlar”.

Politoloqun sözünə görə, Rusiya Xəzər dənizini hərbiləşdirməyə, beynəlxalq rəqabət arealına çevirməyə çalışır:

“Xəzərdə bu kimi təlimlərin keçirilməsi yolverilməzdir. Xəzərin hərbisizləşdirilməsi üçün danışıqlar aparılıb və razılıq əldə edilib. Amma Rusiya bu razılığı pozmağa çalışır. Sözügedən təlim region üçün böyük təhlükə daşıyır”.

Xatırdaq ki, 16 sentyabr 1996-cı il tarixində Azərbaycanın o vaxtkı prezidenti Heydər Əliyev və Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev Bakı şəhərində Xəzər dənizinin hüquqi statusu, dənizin mineral və bioloji ehtiyatlarının kəşfiyyatı, işlənməsi və istifadə edilməsində xəzəryanı dövlətlərin əməkdaşlığına dair məsələləri müzakirə edərək qarşılıqlı anlaşma əldə ediblər. Razılaşmaya əsasən, tərəflər Xəzər dənizində sahilyanı dövlətlərin fəaliyyətinin Xəzərin hərbisizləşdirilməsi, onun müstəsna olaraq sülh məqsədləri ilə istifadə edilməsi kimi bir neçə istiqamət üzrə razılığa gəliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*