Rusiya Bankı uçot dərəcəsini 20 %-ə qaldırdıbackend

Rusiya Bankı uçot dərəcəsini 20 %-ə qaldırdı

Rusiya Bankının (Mərkəzi Bank) Direktorlar Şurası Ukrayna ilə bağlı baş verənlər fonunda rublun kəskin ucuzlaşmasının qarşısını almaq üçün uçot dərəcəsinin birdən-birə 10,5 faiz bəndi artırılaraq 9,5 %-dən 20 %-ə qaldırılması barədə qərar qəbul edib.

KONKRET.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Xatırladaq ki, Rusiya Bankı sonuncu dəfə bu il fevralın 11-də uçot dərəcəsini 8,5 %-dən 9,5 %-ə qaldırmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*