“Rusiya ordusu Baxmut istiqamətində irəliləməyə davam edir”.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Həmçinin, Rusiyanın Kupyansk, Liman, Bəhmut, Avdiyivka və Şahtersk istiqamətlərində hücumlarını davam etdirdiyi də bildirilib.
Rusiya hərbçilərinin Xarkov vilayətində 3 raket hücumu həyata keçirdiyi, dinc sakinlər arasında yaralıların olduğu da vurğulanıb.