Rusiya qoşunları Donetsk Xalq Respublikasında yerləşən Novaya Poltavka qəsəbəsini nəzarətə götürüb.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, əməliyyat “Mərkəz” qüvvələr qrupunun fəal və qətiyyətli hərəkətləri nəticəsində həyata keçirilib.
Bundan əlavə, Rusiya ordusu Ulyanovka, Koptevo, Novosergeevka və digər yaşayış məntəqələrində Ukrayna Silahlı Qüvvələrinin bir neçə briqadasını məğlub edib. Nazirlik qarşı tərəfin 400 hərbçi, yeddi zirehli texnika və bir neçə artilleriya qurğusu itirdiyini bildirib.
Aynurə İsmayıl
KONKRET.az