Rusiya bu gecə qitələrarası ballistik raket buraxacaq – NATO-ya MESAJbackend

Rusiya bu gecə qitələrarası ballistik raket buraxacaq - NATO-ya MESAJ

Rusiya bu gecə strateji silah arsenalından olan “Yars” adlı RS-24 qitələrarası ballistik raketinin növbəti sınağını həyata keçirməyi planlaşdırır.

KONKRET.az-ın məlumatına görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Moskvanın bu addımı Ukraynaya qarşı psixoloji təzyiq yaratmaq və həmçinin NATO ilə Avropa İttifaqı ölkələrinə güc nümayiş etdirmək məqsədi daşıyır.

Raketin Sverdlovsk vilayətinin Svobodnıy kəndi yaxınlığından buraxılması gözlənilir. Üç pilləli və bərk yanacaqla işləyən bu tip ballistik raketlərin təsir radiusu 10 min kilometri aşır ki, bu da onu qlobal miqyasda strateji təhlükə vasitəsinə çevirir.

Hazırda bölgədə hərbi-siyasi vəziyyətin gərgin olduğu bir vaxtda Rusiya tərəfindən belə bir addımın atılması beynəlxalq arenada ciddi narahatlıq doğurub. Analitiklər bunun sadəcə texnoloji sınaq deyil, həm də siyasi mesaj olduğunu vurğulayırlar.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*