Rusiya bu MÜHÜM razılaşmadan ÇIXDI – RƏSMƏN AÇIQLANDIbackend

Rusiya bu MÜHÜM razılaşmadan ÇIXDI - RƏSMƏN AÇIQLANDI

Rusiya bundan sonra yerüstü əsaslı orta və yaxın mənzilli raketlərin (RSMR) yerləşdirilməsi ilə bağlı əvvəlki məhdudiyyətləri öz üzərinə götürülmüş öhdəlik kimi qəbul etməyəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi rəsmi bəyanatla çıxış edib.

“Qərb ölkələrinin atdığı addımlar bütövlükdə Rusiya Federasiyasının sərhədlərinə yaxın bölgələrdə sabitliyi pozan raket potensiallarının yaradılmasına və artırılmasına gətirib çıxarır. Bu isə ölkəmizin təhlükəsizliyinə – özü də strateji səviyyədə – birbaşa təhdid yaradır. Belə bir vəziyyət regional və qlobal sabitlik üçün ciddi mənfi nəticələrə, o cümlədən nüvə dövlətləri arasında gərginliyin təhlükəli şəkildə artmasına səbəb ola bilər”, – deyə Rusiya XİN-in bəyanatında qeyd olunub.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*