Ukraynanın Poltava vilayətinə gecə saatlarında kütləvi hücum olub.
KONKRET.az xəbər verir ki, yerli hakimiyyətin məlumatına görə, raket və PUA zərbələri əsasən enerji infrastrukturunu hədəf alıb.
Şəhərdə elektrik şəbəkəsində yaranan problemlər səbəbindən nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.
Müşviq Tofiqoğlu,
KONKRET.az