Rusiya Donetsk aeroportunu bərpa etməyə başlayıb – Peyk görüntüləri şübhə doğururbackend

Rusiya Donetsk aeroportunu bərpa etməyə başlayıb – Peyk görüntüləri şübhə doğurur

Rusiyanın Donetsk şəhərində yerləşən və 2014-cü ildə dağıdılmış beynəlxalq aeroportun yenidən qurulmasına başladığı ehtimal edilir.

Bu barədə Military Journal Telegram kanalının yaydığı peyk görüntülərinin təhlilinə əsasən məlumat verilib.

Görüntülərdə uçuş-enmə zolaqlarındakı trançelərin torpaqla doldurulduğu müşahidə olunub. Bu isə aeroportun fəaliyyətinin bərpası planlarından xəbər verə bilər.

Bundan əlavə, aeroportun yaxınlığındakı avtodayanacaq ərazilərində tikinti işləri aparılır. İddialara görə, bu ərazilərdə yanacaq çənlərinin yerləşdirilməsi nəzərdə tutulur.

Digər versiyaya görə isə, Rusiya bu ərazidən pilotsuz uçuş aparatlarının (PUA) buraxılışı üçün istifadə etməyi planlaşdırır.

Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*