Rusiya dövlət qurumlarında yerli smartfonlar SINAQDAN KEÇİRİLİRbackend

Rusiya dövlət qurumlarında yerli smartfonlar SINAQDAN KEÇİRİLİR

Rusiyanın dövlət qurumları yerli “Avrora” əməliyyat sistemində smartfonları sınaqdan keçirməyə başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “İzvestiya” mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, yerli istehsalçıların cihazları artıq Federasiya Şurasına daxil olub. Belə ki, təcrübə uğurlu olarsa, təchizat artacaq.

“Çox güman ki, əvvəlcə cihazların istifadəçiləri bir-biri ilə müntəzəm əlaqə saxlayan senatorlar və onların köməkçiləri, həmçinin Federasiya Şurası aparatının bir qrup əməkdaşı olacaq”, – deyə nəşrin mənbəsi bildirib.

Mütəxəssislər cihazların “Avrora”da tətbiqini alqışlayırlar, lakin qeyd edirlər ki, uğurlu əməliyyat təcrübəsi həm də xüsusi proqram təminatı tələb edir. Əks halda məmurların bu əməliyyat sisteminə alışması çətin olacaq.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*