Rusiya dronları görünməz edəcək material YARATDIbackend

Rusiya dronları görünməz edəcək material YARATDI

Rusiyalı mütəxəssislər dronu elektron müharibə sistemləri üçün görünməz edə biləcək material hazırlayıb.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Perm Dövlət Milli Tədqiqat Universitetinin bazasında “Fotonika” Milli Texnoloji Təşəbbüs Mərkəzinin eksperti Qleb Şipunov məlumat verib.

“Biz dronu elektromaqnit şüalanmadan qorumaq üçün çoxfunksiyalı kompozit material hazırlamışıq. Material karbon liflərinin istifadəsi sayəsində pilotsuz təyyarəni elektron müharibə sistemləri üçün görünməz edir”, – Şipunov deyib.

Mütəxəssis qeyd edib ki, elektron döyüş avadanlıqlarının tətbiqi sahəsində operator dronu idarə etmək qabiliyyətini itirir. Mütəxəssislər dronu elektron müharibə sistemlərindən gizlətməyə və istifadəçi ilə cihaz arasında məlumat mübadiləsini saxlamağa imkan verən material təklif ediblər.

Sistemə radiodalğalardan deyil, fotonlardan istifadə edərək məlumat ötürən xüsusi rabitə vasitələri daxil ediləcək. Sistemin 2025-ci ildə təqdim edilməsi planlaşdırılır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*