Taliban “KazanForum” iqtisadi forumu çərçivəsində Tatarıstan hakimiyyətindən Əfqanıstan sərgisi təşkil etməyi xahiş ediblər.
KONKRET.az “Gazeta.Ru”ya istinadən xəbər verir ki, bunu Əfqanıstanın sənaye və ticarət naziri Nuriddin Əzizi deyib: “Biz yaxşı qabaqcıl iş adamlarımızın məhsullarını ən yaxşı şəkildə təqdim etmək üçün sərgi pavilyonu təşkil etmək istərdik”.
Nazir Əzizi həmçinin əlavə edib ki, Kabil Kazanın və forumun tərəfdaşı olmağa və orada ən yüksək səviyyədə iştirak etməyə hazırdır. Əfqanıstandakı Rusiya Biznes Mərkəzinin rəhbəri Rüstəm Həbibulah təsdiqləyib ki, 60-a yaxın aparıcı əfqan iş adamı forumda öz mallarını, o cümlədən zərgərlik, qida, tekstil, xalça, kosmetika və məişət kimyası məhsulları nümayiş etdirməyə hazırdır.
Bundan əvvəl Rüstəm Həbibullin bildirmişdi ki, Kabil və Moskva Əfqanıstan ərazisindən 50 milyon kubmetr maye qazın tranziti ilə bağlı saziş bağlamağı planlaşdırır.
Vəli Həsənoğlu,
KONKRET.az