Rusiya elektrik təyyarə HAZIRLAYACAQbackend

Rusiya elektrik təyyarə HAZIRLAYACAQ

Rusiyada ilk elektrik təyyarəsinin hazırlanması planlaşdırılır.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Sənaye və Ticarət Nazirliyi istehsal sənayesinin inkişafı strategiyasına istinadən məlumat yayıb.

Qeyd olunub ki, sənəddə belə bir təyyarənin yaradılması aviasiya sənayesinin prioritet məhsulları qrupuna daxildir. Həmçinin bu qrupa səsdən sürətli sərnişin təyyarəsi, yüngül biznes jetləri və ağır helikopterin yaradılması daxildir.

Daha əvvəl Rusiya Baş nazirinin müavini, sənaye və ticarət naziri Denis Manturov bildirib ki, Rusiya 2028-2030-cu illərdə öz uzaqmənzilli təyyarələrini yaratmağı planlaşdırır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*