“Qazprom-Armenia” Rusiyadan Ermənistana “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəməri ilə təbii qazın nəqlini dayandırdığını elan edib.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediasına “Qazprom-Armeniya” QSC-dən bildiriblər. Mayın 1-dən 4-dək Rusiya Federasiyasının Stavropol diyarında qaz kəməri hissəsində planlı təmir işləri ilə əlaqədar Ermənistana qaz verilişi dayandırılıb.
Göstərilən müddətdə Ermənistan qaz təchizatını daxili ehtiyatlar hesabına həyata keçirməli olacaq.
Xuraman Etibarlı,
KONKRET.az