Rusiya Estoniya hava məkanını pozdu — Aİ-dən sərt CAVABbackend

Rusiya Estoniya hava məkanını pozdu — Aİ-dən sərt CAVAB

“Bu gün Rusiya hərbi təyyarələrinin Estoniyanın hava məkanını pozması son dərəcə təhlükəli təxribatdır” .

KONKRET.az APA-ya istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu barədə “X”də paylaşım edib.

Kaya Kallas bildirib ki, bu, son günlərdə Aİ hava məkanının üçüncü belə pozulmasıdır və regionda gərginliyi daha da artırır:

“ Bu, son günlərdə Aİ hava məkanının üçüncü belə pozulmasıdır və regionda gərginliyi daha da artırır. Aİ Estoniya ilə tam həmrəydir. Mən Estoniya hökuməti ilə sıx əlaqə saxlayıram. Biz üzv dövlətlərimizin müdafiəsini Avropa resursları ilə gücləndirməkdə davam etdirəcəyik. Putin Qərbin qətiyyətini sınayır. Biz bu barədə zəiflik göstərməməliyik”, – paylaşımda qeyd olunub.

Qeyd edək ki, Rusiyanın hərbi təyyarələri bu gün Estoniyanın hava məkanını pozub.

Estoniya mediası Rusiyanın üç “MiQ-31” döyüş təyyarəsinin Vaindloo adası yaxınlığında Estoniya hava məkanına icazəsiz daxil olaraq orada təxminən 12 dəqiqə qaldığına dair xəbər yayıb.

Məlumata görə, təyyarələrin uçuş planı olmayıb və transponderləri söndürülüb. Pozuntu zamanı Estoniyanın hava nəzarəti ilə ikitərəfli radio əlaqəsi də olmayıb.

Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini hava məkanının pozulması ilə bağlı etiraz bildirmək və diplomatik nota təqdim etmək üçün çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*