Rusiyanın Belqorod hava limanına pilotsuz uçan aparatla (PUA) hücum edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları məlumat yayıb.
Mənbə qeyd edir ki, bağlanan hava limanına hücum avqustun 23-ü səhər saatlarında həyata keçirilib.
PUA idarəetmə qülləsinin binasına uçaraq partlayıb. Nəticədə fasad zədələnib, şüşələr sınıb.
Hava limanının əməkdaşları təxliyə edilib, ərazi mühasirəyə alınıb və FTX-nin bomba ekspertləri çağırılıb.
Xəsarət alanların olmadığı bildirilir.
Aysu İbrahimova
KONKRET.az