Rusiya hərbçiləri Ermənistan-İran sərhəddini tərk edirlərbackend

Rusiya hərbçiləri Ermənistan-İran sərhəddini tərk edirlər

Rusiya sərhədçiləri 2025-ci il yanvarın 1-dən etibarən Ermənistan-İran arasındakı sərhəd buraxılış məntəqəsini tərk edəcəklər. Qeyd olunan tarixdən etibarən ermənistanlı hərbçilər rus qoşunlarının əvəzinə bu məntəqəni nəzarətə götürəcəklər.

KONKRET.az “TV1”-ə istinadən xəbər verir ki, bu barədə “Döyçe Velle”nin yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, bu hal simvolik sayılsa da, Ermənistanın öz sərhədləri üzərində suverenliyinin möhkəmləndirilməsi kimi qələmə verilir. Türkiyə ilə sərhəddə isə rus qoşunları ermənistanlı həmkarları ilə müştərək nəzarət aparacaqlar.

Belə bir hal Rusiyanın bu ölkədə hərbi mövcudluğuna zərbə kimi qələmə verilir.

Xatırladaq ki, rus sərhədçiləri bu ilin yayında Yerevanın “Zvartnots” aeroportununun buraxılış məntəqəsini tərk etmişdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*