Rusiya hərbçisi Ermənistanda ÖLÜ tapıldıbackend

Rusiya hərbçisi Ermənistanda ÖLÜ tapıldı

Rusiyanın Cənub Hərbi Dairəsinin komandanlığı Ermənistanın hüquq-mühafizə orqanları ilə birlikdə Gümrüdə rusiyalı hərbi qulluqçusunun həlak olmasından sonra yoxlama aparıb.

KONKRET.az– ın məlumatına görə, bu barədə Cənub Hərbi Dairəsinin nümayəndəsi RİA “Novosti”yə bildirib.

Məlumata görə, Rusiya hərbi qulluqçusunun meyitini Gümrüdəki evlərdən birində yerli asayiş keşikçiləri aşkar ediblər.

“Dairənin komandanlığı Ermənistanın hüquq-mühafizə orqanları ilə birlikdə ölüm faktı üzrə təhqiqat aparır”, – agentliyə bildirilib.

KİV-in məlumatına görə, ölən şəxs Rusiyanın 20 yaşlı vətəndaşı, bu ölkənin 102 saylı Hərbi Bazasının hərbi qulluqçusudur. Onun meyiti yataq otağında tapılıb, yerdə həmçinin məktub aşkarlanıb.

report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*