Rusiya hərbi əməliyyatları davam etdirir, Putin isə görün nə deyir…backend

Rusiya hərbi əməliyyatları davam etdirir, Putin isə görün nə deyir...

Rusiya Ukraynaya qarşı hərbi əməliyyatları davam etdirir, çünki Kiyev münaqişənin sülh yolu ilə nizamlanması üçün zəruri qərarları hələ qəbul etməyib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı açıqlama verib.

Onun sözlərinə görə, Moskva diplomatik həll imkanının hələ də mövcud olduğunu hesab edir və danışıqlara açıq qalır. Bununla yanaşı, Peskov bildirib ki, Ukrayna tərəfindən uyğun addımlar atılmadığı müddətdə hərbi əməliyyatlar dayanmayacaq.

“Rusiya hərbi əməliyyatları davam etdirir. Sülh yolu ilə nizamlanma üçün qapılar açıqdır, Rusiya öz açıqlığını qoruyur. Lakin hələlik Ukrayna tərəfindən müvafiq qərarlar qəbul edilməyib və müharibə davam edir”, -deyə Kremlin sözçüsü vurğulayıb.

Rusiya tərəfi son aylarda dəfələrlə danışıqlara hazır olduğunu bəyan etsə də, tərəflər arasında birbaşa və nəticəverici təmasların bərpası istiqamətində irəliləyiş qeydə alınmayıb. Münaqişə ilə bağlı beynəlxalq səviyyədə diplomatik səylər isə davam edir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*