Ermənilər Rusiyanı Ermənistan və Hindistan arasında silah satışı müqaviləsini pozmaqda ittiham edib.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Qayane Abramyan ölkənin ictimai televiziyasında müzakirə zamanı deyib. O bildirib ki, Rusiya Hindistandan aldığı silahların Ermənistana daşınmasının qarşısını alır.
“Məndə belə bir məlumat var ki, Rusiya İran vasitəsilə Hindistandan hərbi texnikanın gətirilməsinə mane olur. Rusiya qarışmasın, onun dəstəyinə ehtiyacımız yoxdur. Kömək etmir, heç olmasa aldığımız silahların gətirilməsinə mane olmasın, gətirə bilmərik”, – deyə Abramyan şikayətlənib.
Xuraman Etibarlı,
KONKRET.az