Rusiya hüquq-mühafizə orqanları azərbaycanlıları XÜSUSİ NƏZARƏTƏ götürdü – GƏRGİNLİK ARTIRbackend

Rusiya hüquq-mühafizə orqanları azərbaycanlıları XÜSUSİ NƏZARƏTƏ götürdü - GƏRGİNLİK ARTIR

Rusiya hakimiyyəti ölkədə yaşayan azərbaycanlı icmasının mümkün kütləvi çıxışlarının qarşısını almaq məqsədilə profilaktik tədbirlərə start verib.

KONKRET.az xəbər verir ki, hüquq-mühafizə orqanları sosial şəbəkələrdə monitorinqi gücləndirib və vəziyyəti yaxından izləyir.

“Vlast” nəşrinin FSB-yə yaxın mənbəyə istinadla yaydığı məlumata görə, azərbaycanlılara qarşı yönəlmiş nəzarətsiz aksiya ehtimalını nəzərə alaraq, yerli millətçi qruplaşmalar da ciddi şəkildə nəzarətə götürülüb.

“Hazırda müxtəlif şübhəli, millətçi yönümlü təşkilatlar fəallaşa bilər – onlarla sərt mübarizə aparılacaq”, – deyə mənbə bildirib.

Bununla belə, hüquq-mühafizə orqanlarının məlumatına əsasən, hazırda azərbaycanlı diasporası tərəfindən qanunsuz aksiyalara hazırlıq əlamətləri müşahidə olunmur.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*