Rusiya ilə Azərbaycanın ticarət dövriyyəsinin həcmi AÇIQLANDIbackend

Rusiya ilə Azərbaycanın ticarət dövriyyəsinin həcmi AÇIQLANDI

Cari ilin yekunlarına görə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi rekord səviyyədə, 4 mlrd. dollar ola bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov “Bakinskiy raboçiy” qəzetinə müsahibəsi zamanı bildirib.

“Ümid edirik ki, bu ilin sonuna kimi bizim ticarət dövriyyəmizin həcmi 4 mlrd. dollara çatacaq. Hər bir halda bunun baş verməsi üçün hər şey edəcəyik. Çünki bunun üçün ilkin şərtlər mövcuddur”, – deyə səfir vurğulayıb.

Boçarnikov onu da əlavə edib ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, bu ilin 4 ayında hər iki ölkə arasında ticarət həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 6,44% artaraq 893,5 mln. dollar olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*