Rusiya ilə əlaqəli neft tankeri Aralıq dənizində partladı backend

Rusiya ilə əlaqəli neft tankeri Aralıq dənizində partladı 

Aralıq dənizində Rusiyaya bağlı olan “Vilamoura” adlı neft tankeri partlayışa məruz qalıb. Tankerdə təxminən 1 milyon barel xam neft daşınırdı.

KONKRET.az xəbər verir ki, hadisə Liviyanın sahilləri yaxınlığında baş verib.

Bloomberg-in məlumatına görə, partlayışın səbəbi hələ ki, məlum deyil. Məlumata əsasən, tankerin daha əvvəl Rusiya limanları – Ust-Luqa və Novorossiyskə daxil olduğu bildirilir.

Agentlik yazır ki, bu, son aylar ərzində Rusiya ilə əlaqəli tankerlərin ilk belə hadisəsi deyil. Oxşar partlayışlar nəticəsində bir neçə gəmi zərər görüb. Nəticədə gəmi sahibləri təhlükəsizlik tədbirlərini gücləndirib, korpusların mina ilə çirklənməsinə qarşı yoxlamalar aparılır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*