Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İlon Maska siyasi sığınacaq verilməsi ehtimalını şərh etməyib. “Şərh etməzdən əvvəl Xarici İşlər Nazirliyinin və ya Maskın özünün açıqlamalarını gözləyək”, o qeyd edib.
KONKRET.az xəbər verir ki, bundan əvvəl bir sıra KİV-lər Rusiya Xarici İşlər Nazirliyinə İlon Maska siyasi sığınacaq verilməsi ilə bağlı təklif alıb-almadığı haqda sual ünvanlayıblar.
Rusiya prezidentinin beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov da vəziyyətlə bağlı danışıb. Onun fikrincə, İlon Maskla ABŞ prezidenti Donald Tramp arasında münaqişə biznesmenin öz günahı ucbatından başlayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az