“Rusiya işğalçıdır, Ermənistan KTMT-dən çıxmalıdır”backend

"Rusiya işğalçıdır, Ermənistan KTMT-dən çıxmalıdır"

“Məlum olduğu kimi, məktəblərdə istifadə üçün təsdiq edilmiş 8-ci sinif üçün yeni erməni tarixi dərsliyində Şərqi Ermənistanın 1828-ci ildə Rusiya imperiyasına birləşdirilməsi ilhaq adlanır”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni politoloq Beniamin Matevosyan bildirib.

O, daha sonra fikirlərini belə davam etdirib: “Tətbiqi siyasət nöqteyi-nəzərindən bu, o deməkdir ki, 1828-ci il hadisələri ilhaq idisə, deməli Rusiya işğalçıdır. Əgər Rusiya işğalçıdırsa, o zaman Ermənistan KTMT-nin təlimlərində iştirak etməməlidir (necə ki, işğalçı ilə təlim keçirmək olar). Əgər Rusiya işğalçıdırsa, Ermənistanda Rusiya bazası olmamalıdır.

Ermənistan hazırda növbəti postsovet anti-Rusiyasına çevrilmək yolunda inamlı addımlar atır. Amma paradoks ondadır ki, bu fonda həm Rusiya Federasiyasında “hər şey nəzarət altındadır”, – deyən ekspertlər var, həm də “Nikol Kremlin layihəsidir” deyə inanan ekspertlər.

Əgər rusiyalı ekspertlərin mövqeyini bayağı cahilliklə izah etmək olarsa, o zaman oxşar mövqelərdən çıxış edən erməni ekspertlərin əksəriyyətinin mövqeyi ondan irəli gəlir ki, onlar 23 aprel 2018-ci il tarixindən sonra baş verən hadisələrlə bağlı bütün həqiqətin üzə çıxmasını istəmirlər”.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*