Rusiya kuboku matçında kütləvi dava – 6 qırmızı kart göstərildi – VİDEObackend

Rusiya kuboku matçında kütləvi dava - 6 qırmızı kart göstərildi - VİDEO

“Zenit” və “Spartak”ın futbolçuları Rusiya Kubokunun qrup mərhələsinin son tur matçında kütləvi dava salıblar.

KONKRET.az xəbər verir ki, Sankt-Peterburqda keçirilən görüşün əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında “Zenit” qalib gəlib – 4:2.

İkinci hissənin sonunda Vilmar Barrios “Spartak”dan Şamar Nikolsona qarşı kobudluq edib və sarı vərəqə alıb. Bu, artıq hər iki komandanın futbolçularının bu görüşdə qazandıqları 10-cu xəbərdarlıq olub.

Final fiti səslənəndən sonra Barrios və Nikolson arasında başlayan mübahisə kütləvi davaya çevrilib. Hər iki komandanın oyunçuları, o cümlədən əvəzedicilər, həmçinin məşqçilər və təhlükəsizlik işçiləri münaqişəyə qoşulublar.

Futbolçuları çətinliklə ayırıb meydandan uzaqlaşdırmaq mümkün olub. Nəticədə, hər iki komandadan 6 futbolçuya qırmızı vərəqə göstərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*