“Bakı və İrəvan bu ay ərzində sülh müqaviləsi imzalayacaq”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni siyasi müşahidəçi Razmik Akopcanyan mülahizələrini bildirib.
“Əgər Vaşinqtonda (Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında – red.) danışıqlarda uğur qazanılarsa, bu ay ərzində Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasını gözləmək olar.
Qərb bu gün Ermənistanla çox maraqlanır. Rusiya Qərbin bu planlarına müqavimət göstərmək istəyəcək.
Ermənistanın “yeni Ukrayna” olmaq riski böyükdür. Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesinə Qərbin müdaxiləsini özü üçün təhlükə hesab edir. Və onun bütün bunlara necə qarşı çıxdığını biz Ukraynanın timsalında görürük. Ona görə də çox narahatıq”, – deyə Akopcanyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az